Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Digital Marketing Manager vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Rəqəmsal Marketinq üzrə Menecer tələb olunur.
İşin rolu
Bu rol brend strategiyasına əsasən brendin tanınma səviyyəsini dəstəkləmək və satış hədəflərinə çatmaq üçün rəqəmsal marketinq üzrə planı icra edir.
Vəzifə öhdəlikləri:
- Elektron ticarət üzrə ümumi marketinq strategiyalarını həyata keçirmək
- Ödənişli media və SEO strategiyaları ilə yeni müştəriləri cəlb etmək
- A/B testlə yeni yanaşmaları, istifadəçi seqmentlərini və imkanlarını müəyyənləşdirmək
- Rəqəmsal Marketinq kampaniyaların performansını hədəflərinə görə qiymətləndirmək (ROI və KPIs)
- Veb analitik panellərini izləmək və məruzə etmək, inkişaf üçün əsas sahələri müəyyənləşdimək
- SEO analizinə əsaslanaraq tövsiyyələr vermək və hədəfləri təyin etmək
- SEO hədəflərinə uyğun olaraq “link building” kampaniyalarını qurmaq
- Search Engine, Google Analytics, Webmaster alətləri əsasında hesabatlar hazırlamaq
- Sosial mediada marketinq məzmununun yaradılmasına dəstək olmaq
- Axtarış auditoriyasını qiymətləndirmək üçün SEM Rush ilə açar sözləri və rəqibləri analiz etmək
- Təkmilləşdirilmiş məzmunu yükləmək və CRO inkişaf prosesi vasitəsilə analiz etmək
- Performans ölçülərin qiymətləndirilməsi üçün OKR-lara, məzmuna və CRM satış qıflarına daxil olan bütün məlumatlara diqqət yetirmək
- “Integrating /Promotions/Add to Basket/Collections” kampaniyalarını tətbiq etmək
- Göstəriciləri optimallaşdırmaq və analiz etmək üçün auditoriyanı seqmentləşdirmək və reklam qruplarını yaratmaq
Əsas tələblər:
- Təhsil:
- Marketinq və yaxud Biznesin idare edilmesi üzrə Bakalavr dərəcəsi
- Elektron Ticarət /Rəqəmsal Marketinq sahəsi üzrə kvalifikasiyalar arzuolunandır
- Təcrübə:
- Sosial media/rəqəmsal marketinq üzrə ən az 3 il iş təcrübəsi
- SEM və PPC üzrə təcrübə
Professional biliklər:
- E-mail marketinq və sosial media reklamı üzrə əla biliklər
- Ödənişli kampaniyalar və həftəlik MailChimp informasiya bülletenləri üzrə biliklər
- Hesabatlılıq üzrə biliklər: Reklam, veb sayt baxışları / ziyarətçilər, SEO məzmununun yenilənməsi, satışlar və potensial, Google Search Console
- Sosial Media məzmununun icrası və planlaşdırılması
- Məlumatın təhlili
- Facebook, Twitter, LinkedIn və digər sosial media platformaları üzrə əla biliklər
- Facebook Business Manager və Insights üzrə biliklər
- Marketinq Platformaları üzrə biliklər: Marketo, Pardot, Hootsuite, SEMrush, Trello, Outbrain, Google Optimise, Click Dimensions, Sitecore, Slack, Adobe Campaign, Qubit
- Veb dizayn və istifadəçi təcrübəsi üzrə yaxşı biliklər
- Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
- Yüksək səviyyədə MS Office proqramlarını bilmək
Professional bacarıq və kompetensiyalar:
- İşgüzar ünsiyyət
- Təşkilat bacarıqları
- Detallara diqqət
- Çoxfunksionallıq
- Emosional zəka
- Vaxtın idarə olunması
- Layihənin idarə olunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Mütəxəssis” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...