Qısa məzmun
Dreamland Baku Baş Aşbaz vəzifəsi üzrə vakansiya elan edir. Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etməlidir.
Tələblər:
- Yaş həddi 30 – 40 yaş;
- Komandada işləmək bacarığı;
- Əcnəbi dil (İngilis və Rus) bilgisi;
- Yerli və dünya mətbəxi sahəsində 5-10 il iş təcrübəsi.
İş haqqında məlumat:
- Lazımi ərzaq təminatından menyu seçimi, yeməklərin hazırlanmasından təqdimatına qədər bütün mətbəxdən məsul olmalı;
- Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə böyük təcrübə sahibi olmalı;
- Hotel mətbəxi və əməliyyatları haqqında ətraflı məlumatı olmalı;
- Mətbəxlərin gündəlik və ümumi olaraq təmizliyini daima nəzarətdə saxlamalı;
- Mətbəxdə istifadə edilən bütün avadanlıqların gündəlik təmizlənməsini nəzarətdə saxlamalı;
- Mətbəxə lazım olacaq bütün avadanlıqları zamanında təsbit edib təmin etməli;
- Menyuların hazırlanmasında təcrübəyə malik olmalı;
- HACCP gigiyena standartlarına işçilərin itaət etməsini nazarətdə saxlamalı;
- Restorana veriləcək yeməklərin bölüşdürülməsinə nəzarət etməli;
- İşçilərin həftəlik iş qrafikini izləməli və nəzarətdə saxlamalı;
- Ehtiyac zamanı anbarda lazım olacaq qədər ərzaqların stoklanmasını nəzarətdə saxlamalı;
İş rejimi və qaydası:
- Həftədə bir gün istirahət olmaqla, altı günlük iş rejimi;
- Uniforma, gigiyena qaydaları və pandemi qaydalarına tam riayət etmək;
- Nahar yeməyi şirkət tərəfindən təmin edilir;
- AR Əmək Məcəlləsinə uyğun müqavilə bağlanılır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@dreamland.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “ Baş Aşbaz” qeyd olunmalıdır) göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Fəhlə
Mətanət A Fəhlə üzrə vakansiya elan edir. ...
550₼
Usta köməkçisi (mebel)Kontakt Home Usta köməkçisi (mebel) vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Təsərrüfat şöbəsində FəhləASADZADESANAN MMC Təsərrüfat şöbəsində Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...
Elektrik
Hajigabul Poultry Farm Company Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...