Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC İnzibati İşlər Departamentinin Referent-köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Baş Direktorun işgüzar görüş/iclaslarını planlamaq və koordinasiya etmək;
- Daxili və xarici sənəd dövriyyəsini təşkil etmək, sənədləri imzaya təqdim etmək və qeydiyyatını aparmaq;
- Rəhbərliyin tapşırığı əsasında müxtəlif məsələlərin araşdırılması, icrasının təqib edilməsi və statusu barədə məlumatın verilməsi;
- Rəhbərliyin işgüzar səfərlərinin təşkili ilə bağlı bütün inzibati tədbirlərin görülməsi;
- Rəhbərliyin istifadəsi üçün tələb olunan ofis ləvazimatlarının müntəzəm sifarişi və ehtiyatının saxlanılması.
Tələb olunan göstəricilər:
- Ali təhsil;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyətqurma bacarığı;
- Yüksək təşkilatçılıq qabiliyyəti, detallara qarşı diqqətlilik və işi tamamlamaq bacarığı;
- Operativ qərarvermə və problem həlletmə qabiliyyəti;
- Peşəkarlıq və məxfilik prinsiplərinə ciddi əməletmə vərdişləri;
- Microsoft Office proqramlarından yaxşı istifadə qabiliyyəti;
- Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili bilikləri;
- Sahə üzrə ən azı 1 (bir) illik iş təcrübəsi.
İş şəraiti barədə məlumat:
- İş rejimi: həftənin I – V günləri saat 9:00-dan 18:00-dək.
- İş yeri: Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 11B (Dərnəgül Yolu, Çermet körpüsünün yanı)
Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “Referent – köməkçi”, qeyd etməklə CV formalarını hr@asgroup.az mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...