Qısa məzmun
Ə/h 600-700 AZN. Sabah Group LLC Customer care specialist vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət qabiliyyəti olmalıdır.
Vəzifələr:
- Müştərilərdən daxil olan şikayət və təkliflərin qəbul edilməsi, təhlili və qısa müddətdə həll olunması;
- Müştərilərə edilən/müştərilərdən gələn zənglərə cavab vermək, lazımi ünvanlara istiqamətləndirmək;
- Müştərilərin sorğularına cavab vermək, onların istəklərinin yerinə yetirilməsinə kömək etmək.
- Müvafiq məlumatları toplamaq və şirkətin potensial müştəri sisteminin və xidmət sonrası əlaqə sistemlərinin müəyyən edilmiş prosedurlar çərçivəsində işlədilməsinə nəzarət etmək;
- Yönləndirilən suallara dolğun və səlis cavab vermək;
- Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığının olması.
- Mağaza daxilində faəliyyət göstərən kamerala nəzarətin edilməsi
Tələblər:
- Ali təhsil;
- Yüksək ünsiyyət qabiliyyəti;
- Gülərüz, səbirli və mehriban olmalı;
- Əla səviyyədə rus-dili biliyi;
- Yaxşı səviyyədə ingilis-dili biliyi;
- Telefon vasitəsilə yüksək səviyyəli ünsiyyət qurmaq qabiliyyəti və aydın başa düşülən səs;
- Telefon ünsiyyətinin yüksək səviyyədə olması.
İş rejimi : Həftənin 5 günü, saat 10:00 – 19:00. Şənbə və Bazar günü istirahət günüdür.
AR-ın Əmək məcəlləsinə uyğun sənədləşmə
Karyera yüksəlişi, gülərüz kollektiv
Əmək haqqı: İlkin olaraq 400 AZN, sınaq müddətindən sonra 600-700 AZN
Maraqlanan namizədlər CV-lərini recruitment@sabah-group.com e-poçt ünvanına “Customer care specialist” adı ilə göndərməlidirlər.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...