Qısa məzmun
Ə/h 500-700 AZN.166 Yükdaşıma və Logistika Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus dili arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Şirkətin məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil edilməsi;
- Standart müqavilə formalarının hazırlanmasında iştirak edilməsi;
- Şirkətin mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərinin və digər sənədlərinin hazırlanması və məhkəməyə təqdim edilməsi;
- Şirkətin fəaliyyətini tənzimləyən bütün növ qərarların, əmr və sərəncamların, şirkətdaxili əsasnamə, prosedur, qayda və təlimatların hazırlanması və onlara hüquqi rəy erilməsi;
- Şöbəyə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Rəhbəri tərəfindən qoyulan hüquq fəaliyyətinə aid edilmiş digər bütün tapşırıqları vaxtında icra etmək.
Tələblər:
- Hüquq üzrə ali təhsil;
- Hüquq sahəsində 1-3 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili arzuolunandır;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Stressə davamlı olmalı;
- Problemləri həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
- İş yeri: Yeni Həyat Plaza, Z.Əliyeva küç 55;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 500-700 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=99