Qısa məzmun
Embawood Bəyannaməçi vəzifəsi üzrə vakansiya elan edir. Ingilis dili orta səviyyədə bilməlidir.
1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti artıq 25 ildir ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.
Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.
Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.
Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.
Vəzifə adı: “Bəyannaməçi”
İş qrafiki :
İş yeri: 5 günlük / 09:00 – 18:00
Bakı, Azərbaycan
İşin təsviri :
- Qısa idxal və əsas bəyannamələrin düzənlənməsi
- Logistika şöbəsi tərəfindən təşkil olunan daşınmalar zamanı nəqliyyat vasitələri və idxal olunan malların ixrac sənədlərini şöbə daxilindəki əmkdaşlardan alınması
- Daşınmanın təşkili tədarükçü tərəfindən təşkil edildiyi hallarda qısa idxal və əsas bəyannamənin yazılması üçün ixrac sənədlərinin təchizat şöbəsindən alınması
- Qısa idxal bəyannamələrinin nömrələrinin sərhəd məntəqələrinə və nəqliyyatçılara bildirilməsi, lazım olduğu hallarda təchizat şöbəsinə bildirməsi
- Gömrük hesabatlarının ödəniş üçün sistemə işləyərək maliyyə şöbəsinə təqdim edilməsi
- Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənməsi
- Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin düzənlənməsi
- Boşaltma yerlərinə çatan yüklərin əsas gömrük bəyannaməsinin düzənlənməsi
Tələblər :
- Ali təhsil (İqtisadiyyat, maliyyə üzrə)
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
- Microsoft office, 1C sistemini bilənlərə üstünlük verilir
- Azərbaycan və Rus dilləri biliyi əla, Ingilis dili orta səviyyədə
- Yaş həddi: 25 yaşından yuxarı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Bəyannaməçi” qeyd edib bu ünvana göndərəsiniz: career@embawood.com
Oxşar vakansiya siyahısı:
Mətanət A şirkəti Satınalma üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Barkod Electronics Tender üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group Satınalma üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Başak Group şirkəti Daxili satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...