Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. CinemaPlus Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili bilən namizədlərə üstünlük verilir.

Vəzifə öhdəliklər:

  • Hüquqi xarakterli sənədlərin hazırlanması (müqavilələr, əmrlər, memorandumlar və s.);
  • Şirkətin məhkəmədə təmsil edilməsi, məhkəmələrin qərarlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
  • Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
  • Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
  • Təsisçi və Müşahidə (Diretorlar) Şurasının qərarlarının, şirkət üzrə əmr və sərəncamlarını hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
  • Hüquqi sorğulara cavabların hazırlanmasında iştirak etmək;
  • Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
  • Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Şirkəti təmsil etmək;
  • Qanunvericiliyə dair hüquqi araşdırmanın həyata keçirilməsi;
  • Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
  • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
  • Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:

  • Yaş: 25-55;
  • Ali hüquq təhsili ( magistr dərəcəsinin olması arzuolunandır);
  • Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
  • Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə minimum 3 il iş təcrübəsi;
  • Təzyiq altında işləmək və stres vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
  • Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
  • Məxfilik, təhlil etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Hüquqşünas” qeyd etməklə hr@cinemaplus.az elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...