Qısa məzmun
Abşeron Konteyner Maliyyəçi-mühasib vəzifəsi üzrə vakansiya elan edir. Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməlidir.
“Abşeron Konteyner” MMC Maliyyəçi-mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz dəstəyi təmin edən peşəkar komandamız müəssisənin əsas kapitalı hesab olunur. Müəssisənin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində vergi güzəşti və cərimələrdən məlumatlı olmaq;
- 1C sistemində işləmək;
- Məktubların yazılması və cavablandırıması;
- Kameral yoxlamanın icrası;
- Hesab-fakturaların kəsilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi;
- Debitorlar və kreditorlar üzrə analitik uçotun aparılması,
- E-qaimələrin yazılması, müştərilələrlə üzləşmə aktların hazırlanması;
- Kassa əməliyyatlarının aparılması;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- E-gov.az və e-taxes.gov.az da müvafiq sənədləri işləmək;
- Bank Əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması, arşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Aylıq hesablama metodu ilə rəhbərliyə hesabatların təqdim edilməsi (balans, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət zərər, yaşlanmış debitorlar);
- Əmək haqqı 1200 AZN-dir.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Logistika sahəsində 3-5 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla);
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
- Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Yaş həddi: 25-50 yaş.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini cv@absheronport.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 14 aprel 2021-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyəçi-mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssi v ...
Unibank Kommersiya Bankı Mikrokredit Risklərinin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Rabitabank" ASC Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.. ...
https://qlor.me/m54xe8zay1 Təsvir Be responsible for the preparation of develop an understanding of the audit approach, methodology & tools Establish working relatio ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
FİNEKSPERTİZA GROUP MMC Mühasib köməkçisi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Şirvan filialı üzrə Xəzinədar vəzifəsinə işə qəbul elan edir. ...
AccessBank Korporativ Katib vəzifəsinə işə qəbul elan edir. ...
HomeFinance Risklərin idarə edilməsi üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...