Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Autolux Azerbaijan LLC Ümumi və təşkilati işlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
NAZMİZƏDLƏRƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsili (filoloqiya və ya jurnalikstika arzu olunandır);
- Müvafiq sahədə minimum 3 il iş stajı;
- Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
- Microsoft Office məhsulları üzrə bilik və vərdişlər
- Azərbaycan və ingilis dillərini əla səviyyədə bilmək, rus dili biliyi arzuolunandır
Vəzifəyə əsas tələblər:
- Lazımi sənədlərin hazırlanmasını, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarəti həyata keçirmək, sənədlərlə bağlı rəhbərliyə məlumat vermək və onların saxlanmasını təmin etmək;
- Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazılıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək;
- Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
- Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi üçün zəruri olan təşkilati işləri həyata keçirmək, bu qərarların müvafiq strukturlara çatdırılmasını təmin etmək. Rəhbərliyə təqdim olunan sənədlərin daxili qaydalara uyğun tərtib olunmasını təmin etmək.
- Rəhbərliyin iştirak etdiyi iclas və görüşlərinə hazırlıq işləri aparmaq (lazımi materiallar toplanması, iclasın vaxtı, yeri və gündəliyi barədə iştirakçılara məlumatın göndərilməsi, iclas protokollarının tərtib olunması və imzaya təqdim edilməsi);
- Rəhbərliyin göstərişi ilə müəssisənin fəaliyyətinə dair məktublarını hazırlanması və göndərilməsini təmin etmək;
- Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq sənəd dövriyyəsinə aid işləri tərtib etmək, onların təhlükəsizliyini təmin etmək və vaxtında arxivə təqdim etmək;
- Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
- Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
E-mail : Hr@autolux-az.com
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...