Qısa məzmun
Bizim Market Mağazalar üzrə bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. Satış texnikası və prinsiplərini bilməlidir.
“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Mağazalar üzrə bölgə müdiri
Namizədə olan tələblər:
- Ali təhsil;
- Pərakəndə sektorunda ən az 3 il iş təcrübəsi olmalı
- Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
- Satış texnikası və prinsiplərini bilmək;
- Xidmət standartlarını, xidmətin təşkili metodlarını bilmək;
- Məsuliyyət, dəqiqlik, inkişafa meyillilik;
- Azərbaycan Dili (əla), Rus dili (arzuolunan);
- Kompüter biliyi: Microsoft Windows, MS Office (Excel, Word, Outlook).
İş haqqında məlumat:
- Marketlər şəbəkəsinin idarə olunması;
- Bazar araşdırmalarının aparılması və satış analizlərinin edilməsi;
- Yeni açılacaq marketlərin biznes planının hazırlanması;
- Yeni marketlərin açılması işinə nəzarətin həyata keçirilməsi;
- Gündəlik tələbat məhsullarını təchiz edən şirkətlərlə danışıqların aparılması;
- Mövcud marketlərinin faəliyyətinə nəzarətin həyata keçirilməsi;
- Stok, sifariş proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilməsi;
- Marketlər və ofis arasında kordinasiyanın qurulmasını təşkil etmək;
- Rəhbərliyə marketlərin fəaliyyətinə dair müvafiq hesabatların verilməsi;
İş şəraiti:
- 5 günlük iş həftəsi;
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı yüksəkdir və namizədin bilik, bacarıqlarına görə müsahibə zamanı müzakirə olunacaq.
Vakansiyaya müraciət üçün CV-ləri “Mağazalar üzrə bölgə müdiri” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...