Qısa məzmun
AsTexnoservis LLC Müqavilələr üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Kommersiya hüququ bilikləri olmalıdır.
Vəzifə və öhdəliklər:
- Müqvilələri hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Proses prosedurlara uyğun olaraq mövcud müqavilələrə əlavə və dəişikliklər hazırlamaq;
- Bütün aktların, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərərk rəy vermək;
- Tender müqavilələrinin hazırlanması (bölmələrinin yığılması), tamlığına/bütövlüyünə nəzarət edilməsi, icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Müqavilə danışıqlarının aparılması;
- Müqaviləyə əlavələrin hazırlanması;
- Müqavilələrinin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət;
- Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
- Müqavilələrin reyestrinin aparılması;
- Kontragentlərlə müqaviləyə qədər və müqavilənin icrası zamanı danışıqların aparılması;
- Şirkətdaxili sənəd dövriyyəsinin icra olunması;
- Hüquq şöbəsi ilə digər şöbələrin koordinasiyasının icra olunması;
- Digər korporativ hüquqi fəaliyyətlər;
Tələblər:
- Humanitar (Hüquq, İqtisadiyyat, Biznesin İdarə Olunması, Beynəlxalq əlaqələr və s; ) sahələrdə ali təhsil; Hüquq bilikləri olanlara üstünlük verilir;
- Kommersiya hüququ bilikləri;
- Kompüter biliyi: Microsoft Office (Word, Excel, Outlook, PowerPoint);
- Azərbaycan dilində yüksək , ingilis dilində yüksək və yazışmaları aparmaq bacarığı; Rus dilini bilməsi arzuolunandır;
- Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi
- Beynəlxalq maliyyə institutlarının (Dünya Bankı və s;) maliyyələşdirdiyi tenderlərdə təcrübəsi olanlara üstünlük verilir;
- Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirməyi bilməli;
- Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Şəxsi bacarıqlar:
- Yüskəs analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları;
- Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
- İşinə qarşı məsuliyyətli olma, peşəkar yanaşma;
- Komandada işləmə bacarığı;
İş şərtləti:
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 6 günlük
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
- CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, hr@astexnoservis.com elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.