Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Yarımavtomat qaynaqçısı vəzifəsi üzrə vakansiya elan edir. Qaynaq üzrə sertifikasiyaya olmalıdır.
Vəzifə öhdəlikləri:
- Qaynaq aparatını işə salmazdan əvvəl ona nəzarət etməli, vizual baxış keçirməli, qaynaq məftilini, istifadə edilən qaz qarışığını yoxlamalı, aşkar edilən nasazlıqları aradan qaldırmalı və sahə rəisinə məlumat verməlidir;
- Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və iş vaxtı onlara ciddi riayət etməlidir;
- İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır;
- Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə sahə rəisinə məlumat verməlidir;
- Temperatur rejiminə ciddi nəzarət etməlidir;
- Mürəkkəb metalkonstruksiyaların qaynaq edilməsi, qaynaq olunacaq konfiqurasiyaların çertyojla oxunması və s;
- Qaynaq avadanlıqlarının, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir;
- İstehsalat sahəsində mövcud olan yanğın təhlükəsizliyinə dair təlimatı dəqiq bilməlidir;
- Elektrodların markalarını və növlərini, qaynaq rejimlərinin seçilmə prinsiplərini, qaz qaynağında işlədilən qazların saxlanma metodlarını, qaynaq tikişlərinin sınanma və nəzarətetmə üsullarını, metalın markasından və qalınlığından asılı olaraq qızıdırılma qaydalarını və s. bilməlidir;
- Qaynaqçı iş qabağı geyim paltarını, əlcəyini, qoruyucu maskasını və eynəyini yoxlamalı, yadda saxlamalıdır ki, gərginlik altında işləyir. Transformator və qaynaq olunan konstruksiya yerlə əlaqələndirilməlidir. Hər hansı nasazlığı yalnız transformator dövrədən açıldıqdan sonra aradan qaldırılmalıdır;
- Qaynaq şüşəsinin üzərinə adi şüşə parçası qoymalıdır ki, çirklənəndə dəyişmək mümkün olsun. Reduktor və generatorun germetikliyini sabunlu su ilə yoxlamalıdır;
- Bağlı çənlərin içərisində işə başlamazdan qabaq çənin içərisi buxarla yuyulmalı və sonra qaynaq işlərinə başlamalıdır;
- İşi qurtardıqdan sonra bütün alət və cihazları səliqə ilə öz yerinə yığmalı, iş yerini təmiz yığışdırmalı;
- Təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə dair təlimatı yaxşı bilməli və ona ciddi əməl etməlidir.
Təhsil/Təcrübə:
- Orta-texniki təhsil;
- Qaynaq üzrə müvafiq sertifikasiyaya malik olmalı;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilini sərbəst bilməli;
Əlavə məlumatlar:
- Maaş: Razılaşma əsasında;
- Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...