Qısa məzmun
Ə/h 300 AZN. BOA Agency Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office əla bilməlidir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə BOA Agency komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
- Lazımi sənədlərin hazırlanmasını, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarəti həyata keçirmək, sənədlərlə bağlı rəhbərliyə məlumat vermək və onların saxlanmasını təmin etmək;
- Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazılıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək;
- Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
- Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi üçün zəruri olan təşkilati işləri həyata keçirmək, bu qərarların müvafiq strukturlara çatdırılmasını təmin etmək. Rəhbərliyə təqdim olunan sənədlərin daxili qaydalara uyğun tərtib olunmasını təmin etmək.
- Rəhbərliyin göstərişi ilə müəssisənin fəaliyyətinə dair məktublarını hazırlanması və göndərilməsini təmin etmək;
- Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq sənəd dövriyyəsinə aid işləri tərtib etmək, onların təhlükəsizliyini təmin etmək
- Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
Vakant vəzifə üzrə tələblər:
- Universiteti yeni bitirmiş və yaxud müvafiq iş sahəsində 1il iş təcrübəsi olmalı;
- Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)
- Kollektivdə işləmə qabiliyyəti olmalı
- Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
- Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)
Sizə nə təklif edirik?
- Əlverişli iş mühitində çalışmaq imkanı;
- Karyera və inkişaf perspektivləri.
- Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
- Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
- Əmək müqaviləsi.
- İş qrafiki-tam
- İstirahət günü-həftədə 2 gün
- İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini office@boa.az elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır. (012) 431-44-02
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...