Qısa məzmun
Kapital Bank İpoteka Partnyorları ilə iş şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumat:
Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Partnyor şəbəkəsinin idarə edilməsi departamenti İpoteka Partnyorları ilə iş şöbəsinə Mütəxəssis / Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər:
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
- Şöbə rəisi tərəfindən təyin olunmuş müvafiq layihələr üzrə Bankın potensial partnyoru ola biləcək mağaza və şirkətləri bazar araşdırması vasitəsilə tapır və siyahısını tərtib edir.
- İpoteka üzrə partnyorluğa cəlb olunmuş partnyorun bankla əməkdaşlıq müddəti ərzində yaranmış çətinliklərinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi.
- Bankın İpoteka üzrə partnyorların genişləndirilməsi istiqamətində yeni partnyorların cəlb olunması istiqamətində işlərin aparılması və nəzarət olunması
- Mövcud Partnyorlarla işin optimallaşdırılması üçün təkliflərin verilməsi.
- İpoteka inkişafı istiqamətində partnyor şəbəkəsi ilə işin qurulması.
- Şöbə rəisi göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.
Tələblər:
- Təhsil: Ali( Iqtisadi ixtisas olması arzu olunan).
- Təcrübə: 2 il.
- Kompyuter biliyi: Microsoft Office, MS Excel, MS Word, İnternet Explorer.
- Dil bilikləri: azərbaycan, rus, ingilis ( arzu olunan)
- Komandada işləmək bacarığı .
- İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalı.
- İpoteka ilə bağlı bazar məlumatlarına sahib olma.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...