Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzEduNet LLC İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Bu sahədə ən azı 2 il iş təcrübəsi tələb olunur.
Vəzifə öhdəlikləri:
- Şirkətin İctimaiyyətlə əlaqələr üzrə siyasətini hazırlamaq;
- İctimaiyyətlə əlaqələr üzrə illik tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
- Şirkətin Veb-saytına nəzarət;
- Təhsil Nazirliyi ilə əlaqələrin qurulması və dəstəklənməsi;
- Mətbuat üçün məlumatlar (press release) yazmaq, kütləvi informasiya vasitələrində şirkəti təmsil etmək, görüşlərdə iştirak etmək;
- Şirkətin təbliğat materiallarının, reklam xarakterli postlar, videolar və multimedia proqramlarının hazırlanmasında fəal iştirak etmək;
- Vəzifə icrası ilə bağlı digər işlər.
Namizədə verilən tələblər:
- Ali təhsil;
- Müvafiq vəzifədə minimum 2 illik iş təcrübəsi;
- Microsoft Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- İşgüzar etika;
- Yüksək təşkilatcılıq bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili, rus dili. İngilis dili biliyinə üstünlük verilir.
İş qrafiki: 5 günlük, I-V günlər, saat 09:00-18:00.
Əmək haqqı: müsahibə zamanı razılaşma əsasında müəyyən ediləcək.
Müraciət qaydası:
Maraqlanan namizədlər Cv formalarını HR@AzEduNet.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...