Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Prior Leasing Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

“Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.

Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.

Vəzifə: Hüquqşünas

İşin təsviri:

  • Şirkət fəaliyyətinin qanuna uyğunluğunu təmin etmək
  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
  • Şirkət daxilində hüquqi təminat, ekspertiza və təhlil işlərinin aparılması
  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
  • Hüquqi şəxslərin, filialların qeydiyyat işlərinin, müvafiq dəyişikliklərin aparılması və qeydiyyata alınması
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
  • Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
  • Rəhbərliyin tapşırıq və sərəncamlarının yerinə yetirilməsi

Namizədə dair tələblər:

  • Ali hüquqi təhsil
  • Cinsiyyət: kişi
  • Bank və ya lizinq sahəsində ən azı 1 il təcrübə
  • Konstitusiya, Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası tərəf çıxdığı beynəlxalq müqavilələr üzrə biliklər
  • Əmək qanunvericiliyi və normativ – hüquqi aktlar üzrə biliyə və təcrübəyə malik olmaq
  • Dil bilikləri: Azərbaycan dili- səlis (yazılı və şifahi), Rus dili- yaxşı .

İş qrafiki:

  • 6 günlük iş həftəsi
  • Ünvan: Çinar Park B/M, Əhmər Rəcəbli küç. 1/25
  • Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Hüquqşünas” yazmaqla öz CV-lərini hr@priorleasing.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyuya dəvət olunacaqlar.

QEYD: İşə qəbul proseduruna uyğun olaraq vakansiya üzrə namizəd seçimi testləşdirmə və bir neçə mərhələdən ibarət olmaqla müsahibə əsasında həyata keçirilir

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...