Qısa məzmun
Azerconnect Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət : Azerconnect
Funksiya : Şəbəkə Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 26 April 2021
Müqavilə müddəti : Daimi
- Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
- Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
- Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis yeni şəbəkə sahələrinin qurulacağı ərazilərdə öncədən texniki baxış keçirilməsinə, icarədarlarla danışıqların aparılmasına və müvafiq olaraq müqavilələrin bağlanmasına cavabdeh şəxsdir.
Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis:
- Sahələrin texniki baxışlarını həyata keçirmək, təşkil etmək və yeni sahələri tapmaq, həmçinin danışıqlar aparmaq və müsbət nəticəni əldə etmək;
- Müqavilənin imzalanması üçün lazımı sənədlərin toplanmasını təmin etmək, əmlak sahibinin bank məlumatlarını almaq və ödənişin olunmasını təmin etmək, icarə müqavilənin imzalanmasını təmin etmək və prosesi sona kimi izləmək;
- Müqavilələrin icraatı və onlara xitam verilməsi ilə bağlı tələb olunan sənədlər hazırlamaq;
- Şirkət tərəfindən imzalanan sənədlərin imzalamaqla üzərinə götürülən öhdəliklərin və risklərin qanuniliyini və şirkətin maraqlarına uyğun olmasını yoxlamaq və təmin etmək;
- İcarə saytlarının icarə haqqı ödənişlərinin vaxtında icra edilməsinə nəzarət etmək, sökülən sahələr haqqında məlumatı qəbul etmək və lazımı şəxslərə ötürmək;
- Sökülən sahələrdə sahənin geri təhvil verilməsi ilə bağlı təhvil təslim aktı tərtib etmək və bu aktın icarəyə verən tərəfindən imzalanmasına nəzarət etmək. Tərtib olunmuş akta əsasən icarə müqavilələrinə xitam haqqında razılaşma hazırlamaq və hər iki tərəfdən bu razılaşmanın təsdiqlənməsini təmin etmək;
- Şirkətin bütün siyasət və proseduralarına riayət etmək. Şirkətin sağlamlıq və təhlükəsizlik siyasətinin tələblərinə və verilə biləcək əlavə təhlükəsizlik tələblərinə riayət etmək;
Vəzifənin tələbləri:
- Telekommunikasiya sahəsində minimum 5 il iş təcrübə;
- Azərbaycan və ingilis dillərini səlis bilmək;
- Rus dili biliyi üstünlükdür;
- Microsoft Ofis proqramlarını yaxşı bilmək;
- Ünsiyyət bacarığı;
- Problem həll etmə bacarığı;
- Team Spirit;
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Sahələrin cəlb olunması və müqavilələr üzrə aparıcı mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...