Qısa məzmun
Sinteks Group of Companies İşə Qəbul üzrə Administrator vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili yaxşı səviyyədə bilməlidir.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İşə Qəbul üzrə Baş Mütəxəssis tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu şirkətin işə qəbul prosesini həyata keçirməkdir.
Vəzifə öhdəlikləri:
- İstedadların idarə edilməsi və işə qəbul proseslərini həyata keçirmək
- İşə qəbul prosesi, prosedurlarını və müvafiq işə qəbul sənədlərini mütəmadi olaraq yeniləmək
- Tədqiqat aparmaq və yeni işə qəbul üzrə metodları təqdim etmək
- Sosial Mediada karyera səhifələrini izləmək və idarə etmək
- İşə qəbul layihələrini həyata keçirmək
- Əmək bazarını araşdırmaq
Əsas tələblər:
- Təhsil:
- Biznesin idarə edilməsi, İnsan Resurslarının idarə edilməsi və ya müvafiq sahə üzrə Ali təhsil
- İR üzrə sertifikat arzuolunandır
- Təcrübə:
- İnsan Resursları/İşə Qəbul üzrə ən azı 3 il iş təcrübəsi
Professional biliklər:
- İşə qəbul prosesini bilmək
- İşə qəbul üzrə proqramlarını, ERP və ATS sistemlərini bilmək
- Azərbaycan və Rus dillərini mükəmməl, İnglis dilini yaxşı səviyyədə bilmək
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını mükəmməl səviyyədə bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- Müsahibə bacarıqlarını
- Tədqiqatçılıq bacarıqları
- Ünsiyyət bacarıqları
- Stressin idarə olunması
- Nəticə yönümlülük
- Vaxtın idarə olunması
- Analitik bacarıqlar
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Senior Recruitment Specialist” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
A - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
AR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...