Qısa məzmun
Ricon MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.Güclü ünsiyyət və danışıq qabiliyyəti olmalıdır.
Vəzifə öhdəlikləri :
- Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə çatdırılması;
- Daxil olan telefon zənglərinin və elektron məktubların cavablandırılması və aidiyyatı şəxslərə yönləndirilməsi;
- Sosial mediya hesablarına gələn mesaj və rəylərin cavablandırılması;
- İşgüzar səfərlərin təşkili və inzibati dəstək;
- İş yazışmalarının aparılması;
- Ofisə gələn qonaqları və müştəriləri qarşılamaq, onların qeydiyyata alınması və ziyarətə gələnləri lazımı şəxslərə istiqamətləndirmək, yerləşdirmək;
- Ofisdə işgüzar görüşləri təşkil etmək və tənzimləmək;
- İclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
- Kənar təşkilatlara, müəssisələrə göndərilən məktubların və iclasların protokollarının tərtib olunması;
- Əməkdaşlarının texniki avadanlıq, dəftərxana ləvazımatı və ofisinin təsərrüfat malları ilə təmin etmək;
- Ofisin daxili təmizliyinə nəzarət etmək;
- Qonaqları qarşılamaq, çay, kofe və s. təklif etmək;
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
Tələblər :
- Ali təhsil;
- İş təcrübəsi minimum 2 il;
- Azərbaycan dili-səlis, rus və ingilis dilləri-yaxşı səviyyədə;
- Kargüzarlıq iş üzrə təcrübəsi olanlara üstünlük verilir;
- Cinsi: Qadin
- Yüksək analitik düşüncə və problemlərin həll etmə bacarıqlarına sahib olmaq;
- Əla ünsiyyət qurmaq və komanda üzvü olmaq bacarığı;
- Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etməli;
Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel mütləqdir); - Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
İş şəraiti:
- Əmək haqqı:Müsahibə zamanı namizədin bilik və təcrübəsinə uyğun olaraq razılaşdırılma yolu ilə
- İş rejimi: 5 günlük, saat 09:00-18:00 – dək
- İş yeri: Bakı şəh.,
E-mail : ricon.hr2021@gmail.com. Mövzu hissəsində “Ofis meneceri” qeyd olunması zəruridir.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...