Qısa məzmun
ASG Helicopter Services STT və ƏMM üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Güclü ünsiyyət və danışıq qabiliyyəti olmalıdır.
Şirkətin adı: “ASG Helicopter Services” MMC (aviasiya şirkəti).
Vəzifə: Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi məsələləri üzrə menecer
İxtisas tələbləri:
- Ali təhsil;
- Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində ən azı 3 il iş təcrübəsi və müvafiq sertifikatlar olmalıdır;
- Azərbaycan,ingilis (pre-intermediate) dillərini bilməli, rus dili arzuolunandır;
- Ofis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Güclü ünsiyyət və danışıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
Vəzifə və öhdəlikləri:
- Öz işində rəhbərliyin müvafiq göstəriş, əmr və sərəncamlarını rəhbər tutaraq, mövcud qanunvericiliyə uyğun vəzifələrin yerinə yetirilməsini təmin etmək;
- Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası işini təşkil etmək;
- Müəssisənin işçiləri tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qanunvericiliyə və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- İşçiləri əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmaq;
- Fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsinə nəzarət etmək;
- İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında əsasnaməyə əməl edilməsinə nəzarət etmək;
- Əməyin mühafızəsi, bədbəxt hadisə əmələ gətirən səbəblərin aradan qaldırılması üzrə tədbirlərin, dövlət nəzarət orqanları tərəfindən verilmiş göstərişlərin, sağlam və
- hlükəsiz əmək şəraitinin yaradılması üzrə digər tədbirlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsi qrafikinə əməl edilməsinə nəzarət etmək;
- Avadanlıqların, maşın və mexanizmlərin müvafiq xidmətlər tərəfindən zəruri sınaqlarının və texniki müayinəsinin vaxtında keçirilməsinə nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə təlimin, biliklərin yoxlanılmasının və hər cür təlimatlandırılmanın vaxtında və keyfiyyətli keçirilməsini təşkil etmək;
- Xüsusi geyimlərin, xüsusi ayaqqabıların və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, yuyulmasına, kimyəvi təmizlənməsinə və təmirinə nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə ayrılmış vəsaitin müəssisə tərəfindən düzgün xərclənməsinə nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə tətbiq edilən yeni qanunvericilik və digər normativ hüquqi aktları işçilərin nəzərinə çatdırmaq;
- Normativ hüquqi aktlarla müəyyən edilmiş müddətlərdə sənədlərin (İZ akt forması və istehsalatda bədbəxt hadisələrin təhlili üzrə digər sənədlər, təhükəli və zərərli istehsalat amillərin parametrlərinin ölçülməsinin protokolları, iş yerlərinin attestasiya və sertifikasiya və s. materialları) saxlanılmasını təşkil etmək;
- İşçilərin əməyin mühafizəsi üzrə məktublarına, ərizələrinə və şikayətlərinə baxmaq, onlar üzrə mövcud və təhqiqat nəticəsində aşkar olunmuş çatışmamazlıqlar və nöqsanların aradan qaldırılması üzrə bölmə rəhbərlərinə təkliflər vermək;
- Əməyin mühafizəsi işinə və müəssisədə əməyin mühafizəsi üzrə informasiyanı və təbliğatı təşkil etmək.İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək;
- İstehsalatda baş vermiş bədbəxt hadisələrin peşə xəstəliklərinin səbəblərini və vəziyyətini təhlil etmək;
- Təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində əməyin mühafizəsi tələblərinə müvafiq iş yerlərinin və istehsalat avadanlıqlarının attestasiya edilməsinə, sertifikatlaşdırılmasına nəzarət etmək;
- İş yerlərində əmək şəraitinin vəziyyəti, peşə xəstəliyinin səbəbləri və onun əmələ gəlmə müddəti, habelə təhlükəli və zərərli istehsalat amillərindən müdafiə üzrə qoyulmuş tədbirlər haqqında işçilərə məlumat vermək;
- İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində əmək xəsarəti almış işçilərə dəymiş zərərin ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin müvafıq bölmə rəhbərlərinin iştirakı ilə binaların, qurğuların, avadanlıqların, maşın və mexanizmlərin texniki vəziyyətini, onların əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə standartlara, normativ hüquqi aktlara uyğunluğunu, ventilyasiya sisteminin səmərəliyini, işçilərin sanitar-texniki, kollektiv və fərdi mühafızə vasitələri ilə təmin olunması vəziyyətini yoxlamaq;
- Əməyin mühafızəsi haqqında normativ hüquqi aktların tələblərinə əməl edilməsi üçün tikintisi başa çatmış və yenidən qurulmuş istehsalat təyinatlı obyektlərin istismara qəbul komissiyalarının, həmçinin qurğuların, aqreqatların, dəzgahların və digər avadanlıqları təmirdən sonra qəbul komissiyalarının işində iştirak etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatı (iş yerlərində ilkin, təkrar, plandankənar) təşkil etmək;
- Müəssisənin bölmələrinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək və müvafiq məlumat lövhələrinin quraşdırılmasını təşkil etmək.
İş qrafiki:
- 5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
- İstirahət günləri – şənbə, bazar.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi məsələləri üzrə menecer” yazaraq info@asg-helicopters.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...