Qısa məzmun
A+CO MMC Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir. Milli mətbəxi peşəkar səviyyədə bilməlidir.
İş barədə məlumat:
- Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək
- Menyunun hazırlanmasında iştirak etmək
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri, həmçinin, yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək
- Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək
- Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək
- Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş vaxtı: 09:00-dan 18:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq
Namizədə tələblər:
- Müvafiq sahə üzrə peşə təhsili
- Yaş aralığı: 30-50
- Kişi namizədlərə üstünlük verilir
- Korporativ mühitdə və gündəlik 300-350 nəfərlik staffa yemək hazırlanması üzrə minimum 3-5 il iş təcrübəsi
- Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli
- Milli mətbəxi peşəkar səviyyədə bilməli
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş aşpaz” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.