Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Xidmət mərkəzləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdı
Vəzifə öhdəlikləri:
- MXS-yə müraciət edən müştəriləri bankdaxili qaydalara uyğun olaraq qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
- Kassaya mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək, bu əməliyyatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
- Müştərilərin sorğu və müraciətlərini daxili prosedur və qaydalara uyğun, operativ şəkildə icra etmək;
- Qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq, MXS rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək.
- Tam maddi məsuliyyət haqqında müqavilə əsasında kassada olan pul və digər qiymətlilərin saxlanılması və qorunmasını təmin etməyə görə.
- Bankın müvafiq səlahiyyətli idarəetmə orqanı (və ya rəhbər şəxsi) tərəfindən MXS üzrə müəyyənləşdirilən fəaliyyət hədəflərinin yerinə yetirilməsi istiqamətində səlahiyyətləri daxilində tədbirlər görmək;
- Zəruri hallarda, çalışdığı bölmədə əməkdaşlarını əvəz etmək;
- Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında belə bilikləri yeniləmək;
Tələb olunan səriştələr:
- Müştərilərlə nəzakətli ünsiyyət;
- Müştərilərə vaxtında və keyfiyyətli xidmətin göstərilməsi;
- İntizam, daxili sənədlərinə və daxili qaydalarına ciddi riayət etmək
Vakant vəzifə üzrə tələblər:
- Ali iqtisadi təhsill;
- Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir verməkvə yüksək məsuliyyət qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 15 yanvar 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xidmət mərkəzləri üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...