Qısa məzmun
Sinteks Group of Companies Əməliyyatlar üzrə Baş Menecer vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq idarəetmə sertifikatı arzuolunandır.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Əməliyyatlar üzrə Baş Menecer tələb olunur.
Vəzifənin rolu
Bu vəzifənin rolu portfoliosunda olan brendlərin məhsullarının alışını və satışını təşkil etməkdir.
Vəzifə öhdəlikləri:
- Təchizat zəncirinin idarə edilməsi
- Satış və anbardakı qalıq məhsulların əsasında illik/sezonlug alış büdcələrini formalaşdırmaq
- Satışa nəzərdə tutulan məhsulların sifarişini və alışını təşkil etmək.Əlavə olaraq satışın təşkilinə lazım olan qeyri komersiya mallarının da sifarişini və alışını həmçinin həyata keçirmək
- Məhsulların ödəmə və çatdırılma planını öncədən tərtib etməli və bu plana riayət etmək
- Etiketləmə prosesinin vaxtında aparılmasına və malların satış nöqtələrinə catdırılmasına nail olmaq.
Satışın idarə edilməsi:
- Hər bir mağaza üçün aylıq illik və ya mövsümlük satış hədəflərinin təyin etmək və bu hədəflərə nail olmaq
- Tabeçiliyində olan magazalarda işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təşkil etmək
- Tabeçiliyində olan magazalarda işçi heyətinin müvafiq “Satış Üsulları” “Müştəri Xidmətləri” və “Məhsul haqqında məlumat” təlimlərini təşkil etmək
- Merçendayzinqin Brend standartlarına uyğun olmasını təşkil etmək
- Tabeçiliyində olan magazalarda standartlara uygun müştəri xidmətinə nail olmaq
İnzibati idarəetmə:
- Tabeçiliyində olan magazalarda İş qrafiki və iş rejimini müəyən etmək
- Tabeçiliyində olan magazalarda mağaza müdirinin işini idarə etmək
- Tabeçiliyində olan magazalarda sanitar qiqiyena və təıhlükəsizlik standatlarına riayət etmək.
Əsas tələblər:
- Təhsil:
- Ali təhsil
- Müvafiq idarəetmə sertifikatı arzuolunandır
- Təcrübə:
- Pərakəndə satış sahəsində ən az 5-6 il iş təcrübəsi
- İdarəetmə sahəsində ən az 2-3 il iş təcrübəsi
- Professional biliklər:
- Satış prosedurları və qaydaları
- Satışın təşkili
- Satış üsulları
- Müştəri qaygısı standartları
- İngilis dili yaxşı səviyyədə
- Microsoft Office Proqramlarını mükəmməl bilmək
- Professional bacarıqlar və kompetensiyalar:
- İdarəetmə bacarığı
- Liderlik
- Təşkilatçılıq
- Ünsiyyət bacarıqları
- Nəticəyə yönümlülük
- Analitik düşüncə
- Vaxt idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əməliyyatlar üzrə Baş Menecer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...