Qısa məzmun
Ə/h 1200-1500 AZN. Kontakt Home Korporativ hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Koporativ hüquq sahəsində təcrübə olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müəssisədaxili sənədləşmənin təşkili;
- Müəssisədaxili sənədlərin ekspertizası;
- Yerli və xarici təchizatçılarla bağlanan müqavilələrin tərtibi, ekspertizası və rəylərin verilməsi;
- Müəssisənin hüquqi sənədlərinə dəyişikliklərin edilməsi, belə dəyişiklikləri müvafiq dövlət orqanlarında qeydiyyata aldırmaq, yerli və xarici kontragentlərə bu barədə səmərəli formada məlumatların verilməsi;
- Müəssisənin rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
- Yerli və xarici təchizatçılardan daxil olan sorğu və anket formalarının doldurulması;
- Yerli və xarici təchizatçılara sorğuların göndərilməsi;
- Tenderlərdə iştirak üçün tələb olunan sənədləşmə işlərinin aparılması.
Tələblər:
- Ali hüquq təhsili;
- Koporativ hüquq sahəsində təcrübə;
- Mülki hüquq sahəsində (xüsusilə də müqavilə institutu üzrə) yüksək biliklər
- Rus dili biliyi;
- İngilis dili biliyi (arzu olunandır).
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 1200-1500 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/km6am4aw