Qısa məzmun
Ə/h 450 AZN. Zeytun Pharmaceuticals Anbarda qəbulçu/qablaşdırıcı vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin edilir.
“Zeytun Pharmaceuticals” şirkəti Anbarda qablaşdırıcı/çeşidləyici axtarışındadır.
Vəzifə funksiyaları: Anbarda dərman preparatlarının qablaşdırılması, rəflərə yerləşdirilməsi, çeşidlənməsi, gündəlik çeşidləmə planının yerinə yetirilməsi.
Tələblər:
- Anbarda 1 il iş təcrübəsi arzuolunandır;
- Rus dilində sərbət oxuma qabiliyyəti;
- Kompüterdən istifadə bacarığı;
- Cinsi: Kişi (hərbi xidməti başa vurmuş şəxslər);
- Yaş həddi: 22-40;
- Namizədin iş yerinə yaxın ərazidə yaşaması şərtdir.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi, 09.00-dan 18.00 kimi;
- İş yeri: NZS qəsəbəsi, Oqtay Vəliyev küç. 21C, Depo;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 450 AZN
Maraqlanan şəxslər CV-ni turan.guliyeva@zeytunpharma.az email ünvanına göndərə bilərlər.