Qısa məzmun
Azerconnect LLC Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
- Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis
Şirkət : Azerconnect
Funksiya : İnsan Resursları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 01 May 2021
Müqavilə müddəti : Daimi - Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
- Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
- İnsan Resursları komandamızın bir üzvü olacaq və işə qəbul prosesimizin həyata keçirilməsində bizə dəstək verəcək Talantların Cəlb olunması və İşə Qəbulu üzrə Mütəxəssis axtarışındayıq.
- Bu vəzifənin öhdəliklərinə namizədlərin müxtəlif kanallar vasitəsi ilə cəlb olunması, müsahibə və seçim prosedurlarının həyata keçirilməsi və şirkətimizin brend fəaliyyətlərini təmsil etmək daxildir.
Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:
- İşə qəbul üzrə təyin olunmuş hədəflərə çatmaq üçün funksional rəhbərlər ilə yaxından çalışmaq və əvvəlindən sonunadək işə qəbul prosesini idarə etmək.
- Biznes funksiyalarında işə qəbul ehtiyaclarını qabaqcadan proqnoz etmək və planlamaq
- Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək.
- İşə qəbul prosesi zamanı müxtəlif biznes funksiyalarından olan daxili müştərilər və rəhbər heyəti ilə peşəkar münasibətlər qurmaq və bu münasibətləri qorumaq.
- Zəruri hallarda işə qəbul ehtiyaclarının qarşılanması üçün agentliklər ilə əməkdaşlıq etmək.
- Şirkət brendinin təbliğ və təmsil etmək
- Karyera günləri və işə qəbul ilə əlaqədar digər tədbirlərdə şirkəti təmsil etmək və bu tipli tədbirləri təşkil etmək.
- İşə qəbul və namizədlərin seçilməsi prosesinin təşkilati ehtiyaclar, işə qəbul planı, personal büdcəsi, şirkət siyasət və prosedurlarına uyğunluğunu təmin etmək.
Vəzifənin tələbləri:
- Ali təhsil;
- Əvvəlindən sonunadək işə qəbul prosesinin idarə edilməsində 2 il iş təcrübəsi;
- İşə qəbul ilə əlaqədar İnsan Resurslarının müvafiq təcrübələrini bimək;
- Səriştə yönümlü müsahibələrin aparılmasında və müxtəlif dəyərləndirmə metodlarının tədbiq edilməsində təcrübəli olmaq;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlü;
- Konseptual düşünmə bacarığı.
- Azərbaycan dilini səlis, Rus və İngilis dillərini yaxşı bilmək;
Müraciət etmək üçün
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Talantların cəlb olunması və işə qəbul üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Hava Yolları İT İdarəsi, Şəbəkə administratoru, Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Yelo Bank ASC Data elmi üzrə baş mütəxəssis (Senior Data Scientist) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m5kqg7gjro Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m4mgqod2u1 Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...