Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili bilikləri tələb olunur.
Vəzifə öhdəlikləri:
- Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması;
Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək;
Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası;
• ıDaxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası;
• Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi;
• Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi;
• Departament rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.
Təhsil/Təcrübə:
- Ali hüquq təhsili;
- Minimum 3 (üç) il iş (korporativ / müqavilə hüququ) təcrübəsi;
- Rus və ingilis dili bilikləri (təcrübəli istifadəçi);
- Mülki hüquq sahəsində təkmil nəzəri və praktik biliklər.
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalı.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı hüquqşünas” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır