Qısa məzmun
Zakaz.az İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
- İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
- İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır, əmək kitabçaları əmrlər əsasında doldurur;
- Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini; işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir;
- Əmək kitabçalarının qeydiyyatını aparmaq;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.
Namizədə olan tələblər:
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini yüksək səviyyədə bilmək;
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Stresə davamlılıq;
- Orta səviyyəli Rus və İngilis dili biliyi.
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək CV formasını cv@zakaz.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...