Qısa məzmun
Azerbaijan Supermarket LLC Əmək münasibətləri və işçi performansı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Şöbə: İnsan Resursları və inzibati işlər üzrə departament
Vəzifə: Əmək münasibətləri və işçi performansı üzrə mütəxəssis
Kateqoriya: Ştat
İşin növü: Tam
İş yeri: Baş Ofis
Elanın son tarixi: 21.05.2021
Vəzifə öhdəlikləri:
- Əməkdaşlara iş və fəaliyyətlə bağlı gözləntilər barədə tövsiyələr vermək.
- Optimal qərar qəbul etmək qabiliyyəti bu vəzifə üçün vacibdir.
- Rəhbərliyə hesabat verir və İntizam Tədbirləri Matrisi vasitəsilə qərarların qəbul edilməsində dəstək təmin edir.
- İşin gedişatı və icrası ilə bağlı müntəzəm olaraq məruzə etmək.
- Fəaliyyətin idarə edilməsi ilə bağlı məlumatları nəzərdən keçirərək təhlil etmək, anlayışlar, tendensiyalar, narahatlıqlar və tövsiyələri vurğulamaq.
- Zəruri hallarda tövsiyə verməklə və yardım göstərməklə siyasətlərin və rəhbərliyin tam və effektiv şəkildə həyata keçirilməsinə kömək etmək.
- Siyasətin/prosedurların effektivliyini müntəzəm olaraq nəzərdən keçirmək, onları qanunvericiliyə edilən dəyişikliklərə uyğun olaraq tənzimləmək.
- Fəaliyyət qabiliyyətini müəyyən etmək üçün əməkdaşların şikayət və ya arqumentlərini araşdıraraq qiymətləndirmək.
- İntizam və şikayət məqsədli dinləmələrin və ya digər iclasların qrafikini tərtib etmək, detallarını əlaqələndirmək.
- İntizam məqsədli dinləmələr üçün dəlilləri toplamaq və yoxlamaq.
- Əməkdaşlarla iclaslar keçirmək, şikayət ərizələri və izahat məktublarını qəbul etmək.
- Əldə edilmiş faktlar barədə Təlim və İşçi Performansı üzrə Menecerə qısa hesabat vermək.
- Gündəlik İnsan Resursları əməliyyatlarını idarə etmək.
- Ümumi Fəaliyyətin idarə edilməsi ilə bağlı sənədləşmələri aparmaq.
- Əməkdaşlarla iclaslar keçirmək və iclasları əlaqələndirmək.
Vəzifənin tələbləri:
- Təhsil: Ali təhsil.
- Xüsusiyyətlər
- İnsan resursları üzrə ən az 3-5 il peşəkar təcrübə (xüsusən Əmək münasibətləri, işçi performansı üzrə təcrübə arzu olunandır).
- Əmək qanunverciliyi biliyi.
- Güclü davranış və kommunikasiya bacarığı.
- Tələbkar.
- Təşəbbüskar.
- Həvəsli.
- Tənqidi düşüncə və təhlil bacarıqları.
- Stressə dəvamlı, Qərgin iş şəraitində işləmə bacarığı.
- Hüquq üzrə təhsil və ya peşakar təcrübə arzu olunandır.
- Sənaye təcrübəsi arzu olunandır.
Necə müraciət etmək olar
1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizlə birgə hr2@azerbaijansupermarket.com email ünvanına göndərmək.
Oxşar vakansiya siyahısı:
PRO CON izo Ofis meneceri/SMM vəzifəsi üzrə vakansiya elan edir. ...
PRO CON İZO MMC İnsan resursları üzrə təcrübəçi (HR intern) vəzifəsi üzrə vakansiya elan edir. ...
GM Construction İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
SuperToys MMC “İR üzrə Direktor” vakansiyası elan edir ...