Qısa məzmun
Lavinia Fırıncı vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən ödənilir.
Vəzifə təlimatı:
- Mayalı məhsullar (qoğal, börək və bulka növləri, simit, poğaça, xaçapuri, şəkərbura, badambura və s.), tort və digər hazırlanmış yarımfabrikat məhsulların bişirilməsi həyata keçirtmək;
- Sobada məhsulların bişmə müddətinə nəzarət etmək;
- Sobanın istilik tempraturunu məhsullara görə fərqləndirmək və uyğun olaraq tənzimləmək,
- Məhsul bişdikdən sonra onu sobadan çıxarmaq və əvvəlcədən ayrılmış yerlərə yerləşdirmək;
- Sobanın təmizliyini ciddi nəzarətdə saxlamaq, məhsulu sobaya daxil etməzdən əvvəl və sonra təmizləmək;
- İş prosesi zamanı əməyin təhlükəsizliyi məsələlərinə diqqətlə yanaşmaq və riayət etmək;
- İstifadə olunan alətlərin istifadəsini qaydalarını bilmək, təmizliyini və saz vəziyyətdə olmasını nəzarətdə saxlamaq;
- Sobanın fəaliyyətinin dayanmasına səbəb olacaq halların qarşısını almaq üçün əvvəlcədən lazımi tədbirlər görmək, fəaliyyətinin davamlılığını saxlamaq.
Namizəd üçün tələblər:
- Fırın, çörəkçi və oxşar sahələrdə təcrübəsi olmalı;
- Çevik, aktiv, diqqətli və eyni zamanda ehtiyatlı olmalı;
- Təmizliyə, səliqəyə və gigenik qaydalara xüsusi riayət etməli;
- Fiziki olaraq sağlamlığı iş funksiyasına uyğun olmalı;
- Hərəkətli iş rejimində işləməyi bacarmalı.
- Yaş: 20-30
İş şəraiti:
- Ünvan: Binəqədi ray., Məsud Davudoğlu küç.(20 saylı uşaq poliklinikasının və №115məktəbin yaxınlığı)
- İş qrafiki: həftədə 6 gün saat 7:00-17:00-dək
- Nahar şirkət tərəfindən ödənilir.
- Əmək haqqı: 300-400 AZN
Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@lavinia.az elektron ünvanına göndərmələri xahiş olunur.
*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.