Qısa məzmun
Gilan Tekstil Park SƏTƏMM şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Park müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki, İplik və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamlığına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.
VAKANSİYA: SƏTƏMM ŞÖBƏSİNİN RƏHBƏRİ (Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi məsələləri üzrə menecer)
DEPARTAMENT/ŞÖBƏ: Rəhbərlik/SƏTƏMM şöbəsi
ŞƏHƏR: Sumqayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək.
- İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirləri hazırlayıb həyata keçirimək.
- Müvafiq struktur bölmələrinin nümayəndələrilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu yoxlamaq.
- Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirimək.
- İşçiləri tibbi müayinəyə göndərilməsini təşkil etmək.
- İstehsalatda baş vermiş bədbəxt hadisələri araşdırmaq.
- Əməyin mühafizəsilə bağlı qanunvericiliyə uyğun hesabatlar hazırlamaq.
- İşə qəbul olunmuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş/təkrar təlimatı keçirmək.
- Təxliyə planının hazırlanmasında iştirak etmək və işçiləri məlumatlandırmaq.
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR:
- Ali təhsil və ya magistr dərəcəsi
- Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi sahəsində ən azı 5 ildən az olmayan iş təcrübəsi. İstehsalat üzrə 2 ildən az olmayan təcrübəsi.
- Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
İŞ SAATI:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- İş saatı: 09:00-18:00
- Nahar şirkət tərəfindən verilir.
CV-lərinizi hr@giltex.az ünvanına göndərməyiniz xahiş olunur.
QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...