Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Electronics LTD İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmaldır.
Vəzifə öhdəlikləri:
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət verilməsinin uçotunu aparmaq, məzuniyyəti qrafiklərini tərtib etmək, məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- Şöbələrin təqdim etdiyi gündəlik/həftəlik növbətçilik cədvəllərini müvafiq proqrama daxil etmək, giriş çıxış saatlarının müqayisəsini aparmaq, sorğular təqdim etmək və sistemdə yeniləmək;
- Davamiyyət cədvəllərində və iş qrafiklərində edilən dəyişiklikləri müntəzəm olaraq sistemdə yeniləmək;
- İş saatlarının və davamiyyət cədvəllərinin qeydə alınmasına dair hesabatların hazırlanması üçün müvafiq məlumatları daxil etmək və təqdim etmək;
- Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
- İnsan resursları departamentinə aid hesabatların tərtib və təqdim edilməsi.
Tələblər :
- Ali təhsil
- Yaş həddi: 25-40
- İnsan resursları sahəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı
- Azərbaycan dilini əla səviyyədə bilməli, Rus və İngilis dillərini bilməsi arzuolunandır
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı
- Microsoft Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Vakansiyaya müraciət üçün CV-nizi “İnsan resursları üzrə mütəxəssis” mövzusu ilə hr@bakuelectronics.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...