Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home Rəqəmsal Marketinq Direktoru vəzifəsi üzrə vakansiya elan edir. Google Ads və Google Analytics üzrə praktiki təcrübə olmalıdır.
“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Rəqəmsal Marketinq Direktoru
Vəzifə öhdəlikləri:
- Ümumi rəqəmsal marketinq strategiyasını qurulması, planlaşdırılması və həyata keçirilməsi;
- Mövcud strategiyanın idarə edilməsi;
- Komandanın idarə edilməsi və təlimləndirilməsi;
- Ən son texnologiya və ən yaxşı təcrübələrdən xəbərdar olmaq və innovativ həllər üzərində işlənilməsi;
- Fərqli rəqəmsal marketinq kanallarını idarə edilməsi və nəzarət edilməsi;
- ROI və KPI-ları ölçülməsi və ona əsasən qərarların verilməsi;
- Rəqəmsal marketinq büdcəsinin idarə edilməsi;
- Rəqib analizi, meyarları araşdırılmasi və inkişaf üçün təkliflər verilməsi;
- Müştəri məmnuniyyətini artırmaq üçün məhsul, dizayn və satış direktorları ilə əlaqə qurulması;
- Hədəflərə çatmaq üçün rəqəmsal marketinq komandasını motivasiya edilməsi.
Tələblər:
- Rəqəmsal Marketinq Direktoru kimi 2 illik təcrübə;
- Rəqəmsal marketinq strategiyalarının hazırlanması və həyata keçirilməsində 2 illik təcrübə;
- Fərqli rəqəmsal marketinq kanallarını dərindən bilmək;
- Onlayn marketinq alətləri və ən yaxşı təcrübələr barədə yaxşı bilik və təcrübəyə malik olmaq;
- Veb dizayn prosedurları haqqında əsas məlumatın olması;
- Tənqidi düşünmək və problem həll etmə bacarıqları;
- Yaxşı vaxt idarəetmə bacarıqları;
- Yaxşı ünsiyyət bacarıqları;
- Bütün mövcud rəqəmsal marketinq kanallarının necə işlədiyini güclü şəkildə başa düşmək;
- SEO / SEM, Google Analytics və CRM proqramı ilə iş təcrübəsi;
- Mükəmməl analitik və layihə idarəetmə bacarıqları;
- Güclü komanda rəhbərliyi və ünsiyyət (yazılı və şifahi) bacarıqları.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: Razılaşma yolu ilə
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kno9vbu1
Oxşar vakansiya siyahısı:
Giperaks.az SMM Təcrübəçi (ödənişsiz) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...