Qısa məzmun
Kapital Bank İT və İnformasiya Təhlükəsizliyi risklərinin idarə edilməsi şöbəsinin aparıcı/baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi məlumat:
Kapital Bank namizədləri IT və informasiya təhlükəsizliyi risklərinin idarəedilməsi və monitorinqi şöbəsi Mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər:
- İT və İnformasiya təhlükəsizliyi üzrə risk qiymətləndirmələrinin həyata keçirilməsinə dəstək;
- Uyğunsuzluqların aşkar olunması məqsədilə mütəmadi audit və yoxlamaların aparılması;
- İT və İnformasiya təhlükəsizliyi sahəsində siyasət və prosedurların hazırlanmasına və mövcud sənədlərin yenilənməsinə dəstək;
- İnformasiya təhlükəsizlyi siyasətlərinə, standartlarına, qayda və proseduralarına riayət edilməsinə nəzarət; • Risklərin idarə edilməsi sisteminin davamlı inkişafına dəstək;
- Risk idarəetməsi sahəsində daxili hesabatların hazırlanmasına dəstək;
- Informasiya aktivlərinin təsnifatı prosesinin həyata keçirilməsinə dəstək;
- Biznesin davamlılığı və böhran hallarının idarəedilməsi üzrə planların hazırlanmasında aidiyyatı strukturlara dəstək;
- Şöbənin fəaliyyətinə aid digər funksiyaları həyata keçirmək.
Tələblər:
- Bank sistemləri, İT audit, İnformasiya Təhlükəsizliyi və ya diğər əlaqədar İT sahəsində minimum 2 illik iş təcrübəsinin olması;
- İT proseslər ilə əlaqəli sənədlərlə işləmək, yeni sənədlərin yaradılması və idarə olunması təcrübəsinin olması; • Risklərin idarə olunması sahəsində ümumi biliklərin olması;
- İSO 27001, ISO 22301, İSO 31001, İSO 20000, PCI DSS, COBIT, İTİL və s kimi standardlar haqqında ümumi biliklərin olması;
- CISA, CIA, CISM, CİSSP, İSO 27001 LA, ISO 31001 LA sertifikatları olanlara üstünlük verilir;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurmaq bacarıqları (rus dili arzu olunandır), problemlərin həll edilməsi, koordinasiya və analitik bacarıqların olması;
- Sistem, şəbəkə adminstratorluğu, Unix, Windows və s. əmliyyat sistemləri, Oracle, SQL bilikləri olanlara üstünlük verilir;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az e-mail ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.