Qısa məzmun
Royal Development MMC Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dili bilikləri arzu olunandır.
Namizədə tələblər:
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini səllis bilməli;
- Direktor köməkçisi vəzifəsində minimum 1 il iş təcrübəsi;
- MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
- Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
- Yüksək ünsiyyət bacarıqları.
Vəzifə öhdəlikləri:
- Görüş və iclasların planlaşdırılması və təşkili;
- İclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
- Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlili;
- Hesabatların hazırlanması;
- İş yazışmalarının aparılması;
- Sənədlərin hazırlanması;
- İşgüzar səfərlərin təşkili və inzibati dəstək;
- Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.
İş qrafiki: 09:00 – 18:00 (5 günlük iş qrafiki)
Nahar şirkət tərəfindən verilir. Əmək haqqı razılaşdırılacaq.
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@royaldevelopment.az elektron ünvanına, mövzu hissəsində “Direktor köməkçisi” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...