Qısa məzmun
Azerconnect LLC Arxiv Əməliyyatları üzrə Agent vəzifəsdi üzrə vakansiya elan edir. Komputer və ofis programlarını orta səviyyədə bilməlidir.
Şirkət : Azerconnect
Funksiya : Ümumi İnzibati Şöbə
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi :15.05.2021
Müqavilə müddəti : Daimi
Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.
Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.
Arxiv Əməliyyatları üzrə Agent şirkət sənədlərinin arxivləşdirilməsi prosesinin əməliyyatı və icrası üzrə məsuldur.
Bu rolda Sizdən güclü ünsiyyət, danışıqları aparmaq, vaxtın idarəolunması və problemləri həll edə bilmə bacarığı və həmçinin özünəinamlı və motivasıyalı olmaq tələb olunmaqdadır;
Arxiv Əməliyyatları üzrə Agent olaraq sizin vəzifə öhdəlikləriniz:
- Daxil olan sənədləri və müqavilələri yoxlamaq, qəbul etmək və sistemə daxil etmək;
- Aşkar olunmuş səhvlərin aradan qaldırılması üçün göndərən şəxsləri məlumatlandırmaq.
- Nizamlı saxlanılması üçün qəbul edilən sənədləri düzgün olaraq yerləşdirmək;
- Növünə və kateqoriyasına uyğun çeşidləyərək sənədləri arxivləşdirmək.
- Mövcud sənədləri elektron versiyada arxivləşdirmək
- Funksiyalardan daxil olan müraciətlərə əsasən arxivdən tələb olunan sənədləri təqdim etmək.
Vəzifənin tələbləri:
- Sənədləşmə, arxiv və müvafiq sahə üzrə iş təcrübəsi;
- Ofis avadanlıqları ilə işləmə bacarığı (Printer, skanner və digərləri)
- Komputer və ofis programlarını orta səviyyədə bilmək
- Detallara diqqət etmək və işində səliqəli olmak
- Rutin işlərdə çalışa bilmək
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Başlıqda “Arxiv Əməliyyatları üzrə Agent” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...