Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Star Mining LLC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Məhkəmə proseslərində iştirak təcrübəsi tələb olunur.

İş barədə məlumat:

  • Şirkərin hüquqi sənədlərinin tərtib edilməsində iştirak etmək
  • Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə hüquqi rəy vermək
  • Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub və şikayətləri müvafiq qaydada cavablandırılmasını təmin etmək
  • Mübahisələrlə bağlı zəruri tədbirlərin görülməsi
  • Şirkətin daxili şöbələrinin hüquqi məsələlərlə bağlı sorğularına izahat və məsləhətlərin verilməsi
  • Şirkətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəltmək
  • İcraatında olan işlərlə bağlı aidiyyəti dövlət və məhkəmə orqanlarına müraciətlərin hazırlanması, həmin orqanlara təqdim etmək məqsədi ilə zəruri sənədlərin toplanması və şirkətin həmin orqanlarda təmsil edilməsi

Namizədə tələblər:

  • Təhsili: Hüquq üzrə ali təhsil
  • Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaxından tanışlıq, mülki, əmək və mülki-prosessual hüququ biliklərə malik olmaq
  • Məhkəmə proseslərində iştirak təcrübəsi
  • Səlist danışıq qabiliyyəti
  • Microsoft Office proqramlarından yaxşı səviyyədə istifadə qabiliyyəti
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
  • Yüksək analitik bacarıqlar, operativlik , yüksək ünsiyyət və davranış, təşəbbüskarlıq, problemləri həll etmə keyfiyyətlərinə malik olmalı
  • İş vaxtı: həftədə 5 gün, 09:00-dan 17:00-dək
  • Nahar şirkət tərəfindən verilir
  • İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquqşünas” qeyd edərək hr@starmining.az ünvanına göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...