Qısa məzmun
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Memarlıq və layihə-smeta şöbəsinin şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.
İşin qısa təsviri:
- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasına texniki rəhbərliyi həyata keçirilməsi;
Namizədin vəzifə öhdəlikləri:
- Eskiz və işçi layihələrinin hazırlanması;
- Obyektlərin kompleks layihələrinin işlənib hazırlanmasına texniki rəhbərlik edilməsi;
- Layihə təkliflərinin hazırlanması və nəzarət edilməsi;
- Layihələrlə smeta uzlaşmalarının yoxlanılması;
- Smeta qiymətlərinin cari bazar qiymətlərinə uyğunlaşdırılması;
- Baş planların işlənib hazırlanmasında və həllində iştirak edilməsi;
- Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik edilməsi;
- Satınalma proseduruna uyğun təkliflərin hazırlanması;
Namizədə olan tələblər:
- Ali təhsil (İqtisadi və ya memarlıq üzrə);
- Müvafiq sahə üzrə azı 5 il iş təcrübəsi;
- Archicad, Autocad, Lumion proqramları üzrə biliklər.
Qeyd: Uyğun namizədlərdən hr@icherisheher.gov.az elektron ünvanına mövzu yerinə “Memarlıq və layihə-smeta şöbəsinin müdiri” yazaraq CV göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...