Qısa məzmun
PASHA Bank Kiber Təhlükəsizlik Administrasiyası üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu
İşiniz nədən ibarətdir?
- Mövcud kiber təhlükəsizlik sistemləri administrasiyasının icrası;
- Yeni kiber təhlükəsizlik həlləri və funksionallıqlarınının tətbiqi;
- “Microsoft 365” və “Azure Security” həllərinin tətbiqi və administrasiyasının icrası;
- Sistem konfiqurasiyalarının təhlükəsizlik tələblərinə cavab verməsinin təmin edilməsi; (“security hardening”)
- Daxili və xarici audit aşkarlanması, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan sorğular əsasında sistemlərdə müvafiq dəyişikliklərin edilməsi və təkmilləşdirilməsi;
- Kiber insidentlərə cavab üzrə fəaliyyətlərdə iştirak;
- Qəbul edilmiş qaydalara əsasən dəyişiklik, insident və problem tipli sorğuların qeydiyyat və icrasının həyata keçirilməsi;
- Hesabatların hazırlanması;Bankın siyasət və proseslərinə riayət edilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya Texnologiyaları, Kiber təhlükəsizlik və digər müvafiq ixtisaslar üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Kiber təhlükəsizlik və ya müvafiq İT sahəsi üzrə 3 il
- Xarici dil : İngilis dili
- Kompüter bilikləri:
- Şəbəkə protokolları və təhlükəsizlik texnologiyaları haqqında biliklər (LDAP, DNS, DHCP, Syslog,. SMTP etc.)
- Windows və ya Linux ƏS administrasiyası üzrə billik və bacarıqlar
- Kiber təklükəsizlik sistemlərinin administrasiyası və istifadəsi üzrə təcrübə (Antimalware, SIEM, PAM, M365 Security, DLP və s.)
- İnformasiya təhlükəsizliyi sahəsində ümumi biliklər
- Digər: güclü analitik düşüncə , ünsiyyət və problem həll etmə ; komandada işləmə bacarıqları. ;
- Üstünlük verilir: Kiber təhlükəsizlik və İT sahəsi üzrə sertifikatlar
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.05.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıqda “Kiber Təhlükəsizlik Administrasiyası üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...