Qısa məzmun
Fred’s English təhsil mərkəzi İngilis dili müəllimi vəzifəsi üzrə vakansiyası elan edir.
“Fred’s English” Beynəlxalq İngilis Dili Mərkəzi “İngilis dili müəllimi” vakansiyası elan edir.
Şirkət haqqında məlumat- “Cambridge” in Azərbaycandakı rəsmi hazırlıq mərkəzi olan “Fred’s English” Beynəlxalq İngilis Dili Mərkəzi 1999-cu ildən ingilis dilinin peşəkar tədrisi üzrə ixtisaslaşmışdır. Əsas məqsədimiz ingilis dilinin tədrisində qərb təcrübəsini auditorialarımıza gətirmək, beynəlxalq metodikanı tətbiq etməklə xarici dilin tədrisini stimullaşdırmaq, gənclərimizin əmək bazarında beynəlxalq dərəcəli rəqabətə davamlı kadr olmaları üçün onlara peşəkar səviyyədə ingilis dilini tədris etməkdir.
Namizəddən tələblər:
- İngilis dili müəllimliyi, tərcümə ixtisasının və ya digər ingilis dilli ixtisasdan məzun olmalı.
- İngilis dili bilik səviyyəsi minimum Upper-intermediate.
- IELTS dərəcəsi minimum 7. (“Speaking ” 7-7.5).
- Müxtəlif yaş qruplarına xüsusən azyaşlı uşaqlara ingilis dilinin tədrisində təcrübəli olmalı.
- Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL və s).
- İngilis dilinin tədrisi üzrə 3-5 il iş təcrübəsi.
- Qrup və fərdi qaydada tədris etmə bacarığı.
- Təyin olunan proqram üzrə maksimum effektivliklə tədris etmək.
İş haqda məlumat:
- Tam günü əhatə edən iş saatı (09:00-18:00 və ya 10:00-19:00).
- Əmək haqqı 500 AZN +
- Rəsmi əmək müqaviləsi ilə işləmək imkanı.
- İnkişaf etmək üçün beynəlxalq mühit.
Qeyd: Namizədlərdən CV-lərini göndərməmişdən əvvəl vakasiya üzrə olan tələbləri diqqətli oxumaqları xahiş olunur. Uyğun namizədlər CV-lərini info@fredsenglish.com elektron ünvanına “İngilis dili müəllimi” başlığı ilə göndərə bilərlər. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...