Qısa məzmun
166 Yükdaşıma və Logistika Maliyyə direktoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Maliyyə rəhbəri vəzifələrinə proqnozlaşdırma modellərinin yaradılması, bütün vergi və mühasibat uçotu işlərinin qaydalara uyğunlaşdırılması;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin uçotunun hazırlanması;
- Xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinin həyata keçirilməsi və prosesə nəzarət edilməsi;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin, əmək haqqının ödənilməsi hesablarının, dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial sığorta fonduna ayırmaların və digər ayırmaların tərtib edilməsi və nəzarətinin həyata keçirilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, həmçinin əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edilməsi;
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Vergi orqanları ilə görüşlərdə iştirak edilməsi və yazışmaların həyata keçirilməsi;
- Şirkətin illik maliyyə büdcəsinin təşkil edilməsi;
- Xərclərin azaldılmasına (optimallaşdırılmasına) və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və o
- ların icrasına nəzarət edilməsi;
- Mühasibat və maliyyə hesabatlarının təhlil edilməsi və nəticələr barədə rəhbərliyə məlumatların təqdim edilməsi.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;
- ACCA, CIMA və IFRS üzrə biliklərin olması üstünlükdür;
- Maliyyə rəhbəri kimi 2-3 illik iş təcrübəsi;
- Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
- Liderlik qabiliyyəti;
- Nağd pul axınının idarə edilməsi, bankların uyğunlaşdırılması və mühasibat uçotu barədə dərindən məlumat;
- Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür.
İş haqqında məlumat:
- İş yeri: Səbail ray., Z.Əliyeva küç., 55, Yeni Həyat Plaza;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: 1500-2500 AZN.
Tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://hr.166.az/vac/detail?vacancyId=105
Oxşar vakansiya siyahısı:
Aztelekom MMC ERP və biznes prosesləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Muhasib operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AGRO-VEST DC MMC Əmək Haqqı Üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
AGRO-VEST DC MMC İdxal Üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində satış üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssi v ...
Unibank Kommersiya Bankı Mikrokredit Risklərinin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Rabitabank" ASC Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.. ...
https://qlor.me/m54xe8zay1 Təsvir Be responsible for the preparation of develop an understanding of the audit approach, methodology & tools Establish working relatio ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
FİNEKSPERTİZA GROUP MMC Mühasib köməkçisi üzrə vakansiya elan edir. ...