Qısa məzmun
Azerbaijan Energy Regulatory Agency Daxili audit və nəzarət şöbəsinin böyük mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planının (strategiyanın) və praktiki audit proqramın hazırlanmasında iştirak etmək;
- Audit olunmalı fəaliyyətlərin müəyyən olunmasında, proseslərin təhlil olunmasında, blok-sxemlərin hazırlanmasında və müvafiq meyarlara əsaslanaraq risk dərəcəsinin təyin edilməsində iştirak etmək;
- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin
- yata keçirilməsində iştirak etmək;
- Agentliyin struktur bölmələrinin xidməti fəaliyyətini tənzimləyən normativ hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasının hüquqi qiymətləndirilməsini həyata keçirmək;
- Agentliyin struktur bölmələrinin fəaliyyətini və həyata keçirdikləri proseslərin qanunvericiliyə uyğunluğu barədə hüquqi rəy vermək;
- Daxili audit yoxlamalarının nəticələri əsasında Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflərin verilməsində iştirak etmək;
- Struktur bölmələr tərəfindən həyata keçirilən cari və funksional işlərin icra vəziyyətinə praktiki nəzarət etmək məqsədilə tədbirlərin keçirilməsində bilavasitə iştirak etmək;
- Audit yoxlamasının nəticələri ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
TƏLƏBLƏR:
- Ali təhsil (Hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə);
- Yaş həddi 25-40 aralığı;
- Daxili nəzarət, auditor və hüquqşünas vəzifələri üzrə azı 3 il iş stajı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır;
- Proseslərin təhlili yönümlü audit yoxlamalarının aparılması bacarığı.
DİGƏR:
- Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 27 may 2021-ci il
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə vacancy@regulator.gov.az poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis) qeyd edin.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...