Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerconnect İT təhlükəsizlik proqramları üzrə böyük administrator vəzifəsi üzrə vakansiya elan edir. Analitik bilik üstünlükdür.
Vakansiya haqqında:
- Şirkət : Azerconnect
Funksiya : İnformasiya Texnologiyaları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 31 May 2021
Müqavilə müddəti : Daimi
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Müvafiq təhlükəsizlik risklərini ölçmək və həll yolları təqdim etmək üçün istifadə olunan yeni platforma və texnologiyaların tətbiqində iştirak etmək
- Pontensial boşluqların aşkar edilməsi məqsədilə müxtəlif təhlükəsizlik platformalarını tətbiq və idarə etmək
- Müntəzəm olaraq müxtəlif təhlükəsizlik sistemləri vasitəsilə İT infrastruktur və İT təhlükəsizlik yoxlanışlarını həyata keçirmək
- Monitorinq sistemlərindən və əməliyyat mərkəzlərindən gələn təhlükəsizlik insidentlərini, həyəcan siqnallarını, loqları təhlil etmək və onlara reaksiya vermək
- Davamlı təkmilləşmə üçün təhlükəsizliklə bağlı yeni texnologiyaları, istiqamətləri və boşluqları araşdırmaq və lazımi məsləhətlər vermək
- Məlumatların təhlükəsizliyini, məxfiliyini və bütövlüyünü təmin etmək
- Vendor və provayderlərlə münasibətləri/müqavilələri idarə etmək
- Qiymətləndirmələr və təhlükəsizliklə bağlı hadisələr haqqında müntəzəm hesabatlar vermək, nəticələr, risk səviyyəsi və lazımi həllər haqqında aydın məlumat vermək
- Xüsusi mövzular, texniki dəstəyin keyfiyyətinin və SLA şərtlərinin təkmilləşdirilməsi məqsədilə İT və digər departamentlərlə əməkdaşlıq etmək
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
- Ali təhsil (İnformasiya Texnologiyları üzrə üstünlük hesab olunur)
- İnformasiya Texnologiyaları sahəsində ən azı 5 illik iş təcrübəsi
- İT təhlükəsizlik sahəsində 2 illik iş təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
- Microsoft (MCP,MCSA), Red Hat (RHCSA,RHCE) üzrə sertifikatlar üstünlük hesab olunur
- Security+, CCNA Security, CİSSP üzrə sertifikatlar üstünlük hesab olunur
- MS Active Directory,MS Exchange 2003/2010/2013, Windows 2003/2008/2012/2016 üzrə biliklər
- Linux (RHEL, Oracle Linux, Suse), Solaris,BSD üzrə biliklər
- Analitik bilik
- Təhlükəsizlik standartları və təcrübələri sahəsində mükəmməl bilik
- Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübəyə malik olmaq
- ITIL çərçivələri üzrə böyük təcrübəyə malik olmaq
- Verilənlərin saxlanması şəbəkələri ( Storage Area networks) və protokolları (FCP,FCIP,FCoE), çox yollu texnologiylar (MPİO), disklər,həcmlər,fayl sistemlərinin
- irləşdirilmə nöqtələri üzrə mükəmməl bilik
- Sistem inzibatçılıq biliyi (*NX,Windows)
- Azərbaycan dili (Səlis), İngilis dili (orta)və Rus dili (orta) biliyi
Müraciət etmək üçün:
CV-nizi recruitment@azerconnect.az mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “İT təhlükəsizlik proqramları üzrə böyük administrator” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...