Qısa məzmun
Gabala Haspitality Group Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə böyük təcrübəyə sahibi olmaq;
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çatdırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
- Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin HACCP gigiyena standartlarına riayət etmələrini nəzarətdə saxlamaq;
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Menyuların hazırlanmasında zəngin təcrübəyə malik olmaq;
- Yerli və xarici turizm bazarına məxsus müştərilərin milli mətbəxlərini daima öyrənməyə çalışmalı, xüsusən xarici müştərilərin xüsusi sifarişlərini hazırlamağı da bacarmalı və işçilərə aşılamalı;
- Xüsusi turist, banket və s qrupları üçün xüsusi menyuların minimum itkilərlə hazırlanmasını bacarmalı və tabeçiliyindəki işçilərə aşılamalı, FB, BB, HB satışları həyata keçirilərsə minimum xərclərlə yüksək keyfiyyətli yeməklərin,şirniyyatların qonaq məmnunluğunu yüksək səviyyəyə çatdıracaq səviyyədə keyfiyyətlə hazırlanmasını təmin etməl;
- Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək;
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək;
- Müştərilərin sifarişinin düzgün hazırlanması məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək və tabe heyəti vaxtaşırı təlimatlandırmaq;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
- Dequstasiya prosesinə hazırlığı həyata keçirmək.
TƏLƏB OLUNAN BİLİK, BACARIQ VƏ TƏCRÜBƏ:
- Hotel Baş aşpaz vəzifəsində, yerli və dünya mətbəxi sahəsi üzrə 5-7 il iş təcrübəsi;
- Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatlar.
- MS Office proqramlarını bilməli(sərbəst şəkildə xüsusi proqramlar vasitəsilə yüksək keyfiyyətli menyu hazırlama bacarığı üstünlük kimi qiymətləndirilir);
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);
Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Aşpaz) göstərilməklə cv@ghg.az elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.