Qısa məzmun
Ə/h 1200-1500 AZN. Bizim Market İşə qəbul şöbəsinin Meneceri vəzifəsi üzrə mütəxəssis vakansiyası elan edir. Danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
Vəzifə üzrə tələblər:
- İşə qəbul şöbəsinin işini təşkil etmək, tabeliyində olan işçilərin inkişafını təmin etmək.
- İşçi ehtiyaclarını təyin olunmuş vaxtda, düzgün səriştələrə malik olan namizədlərlə ödənməsini təmin etmək.
- İşə qəbul alətlərindən istifadə standartları, işə qəbul proseduru, siyasətlərin yaradılmasında və inkişafında iştirak etmək.
- Bütün növ müsahibələrin təşkili, keçirilməsi, namizədlərə geri dönüşün edilməsini təmin etmək
- İşə qəbul üzrə analizlərin aparılması, işdən çıxış müsahibələrinin nəticələrinə dair statistik məlumat bazasını formalaşdırmaq
- Əmək bazarında işə götürənin brendinin inkişaf etməsini təmin etmək və çatışmazlıqları aradan qaldırmaq
- Müvafiq KİV-lərdə vakansiyalarla bağlı məlumat yaymaq, sosial şəbəkələrdə şirkətin karyera səhifəsinin aktiv və faydalı idarə edilməsini təmin etmək
- Şirkətin daxili tələbinə uyğun namizəd hovuzunun yaradılmasını təmin etmək
- İşə qəbulla bağlı namizədlərin qiymətləndirilməsi üçün müvafiq meyarlar və qiymətləndirmə formaları hazırlanmasını təmin etmək.. (suallar, testlər və s.)
- Müəssisəni əmək bazarı ilə bağlı tədbirlərdə təmsil etmək (sərgilər, yarmarkalar və s.);
- Müəssisə ilə təhsil müəssisələri arasında koordinasiyanı təmin etmək və istehsalat təcrübəsi ilə bağlı işləri aparmaq;
- Müəssisə ilə müvafiq dövlət qurumları (məşğulluq mərkəzləri) arasında işə qəbul prosesindən irəli gələn məsələlərdə koordinasiyanı təmin etmək.
- Yeni işə qəbul olunmuş işçilərin orientasiya siyasətinin müəyyən edilməsi və müvafiq prosedur qaydaların hazırlanmasında iştirak etmək
- İşə qəbulla bağlı aylıq hesabatın hazırlanmasını təmin etmək
Namizədə olan tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və s.)
- Azərbaycan, rus dillərində səlist yazılı və şifahi ünsiyyət. İngilis dili biliyi üstünlükdür
- Kompüter bilikləri – Microsoft office sərbəst istifadə etmək.
- İşə qəbul sahəsində minimum 3 il baş mütəxəssis və ya menecer vəzifəsində iş təcrübəsi. (Parakəndə sahəsində təcrübə üstünlükdür)
- Komandada işləmək və liderlik bacarığı
Təminatlar:
- 5 günlük iş həftəsi. 9:00-18:00
- Nahar və danışıq xərcləri şirkət tərəfindən qarşılanır.
- Əmək haqqı 1.200 – 1.500 AZN
Vakansiyaya müraciət üçün CV-ləri “İşə qəbul şöbəsinin Meneceri” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...