Ofis meneceri / satınalma koordinatoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

  • İş yeri: Kürdəmir rayonu.
  • İşəgötürən təşkilat: “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi.

Layihə:

  • “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətləri icra ediləcək.

Ümumi məlumat:

  • Ofis menecerinin rolu gündəlik işlərin koordinasiyası, səfərlərin və görüşlərin vaxtının planlaşdırılması, ümumi zənglərə cavab verilməsi, tərəfdaşlarla əlaqənin saxlanılması və digər ofis idarəetmə vəzifələrini yerinə yetirməkdir. Ofis meneceri Layihə çərçivəsində keçiriləcək seminar və təlimlərin təşkilində iştirak edir. Ofis meneceri həmçinin bütün layihə ilə əlaqəli satınalmalar üçün satınalma koordinatoru kimi çıxış edir. Potensial təchizatçılardan təkliflər alır, onları təhlil edir və nəticələrini Layihə Menecerinə təqdim edir.

Vəzifələr:

  • Ofis təminatı, poçt göndərişləri, təchizat, sifarişlərin icrasını həyata keçirmək;
  • Görüşləri və səfərləri planlaşdırmaq və təşkil etmək;
  • Təchizatçılar, xidmət təminatçıları ilə birgə işləyərək fakturaların vaxtında ödənilməsini təmin etmək;
  • Satıcılar və xidmət təminatçıları ilə müqavilələrin bağlanılmasını təmin etmək;
  • Təchizatçı bazasını yaratmaq
  • Bazarda müvafiq məhsulların qiymətlərini təhlil etmək;
  • Təchizatçılardan qiymət sorğurlamaq və qiymət danışmaq;
  • Satınalmaları planlaşdırmaq və vaxtında təşkil etmək;
  • Layihənin məqsədlərinə çatmaq üçün təchizatçılar və layihə əməkdsaşları ilə əlaqəli şəkildə işləmək.

Tələblər:

  • Satınalma, biznes, maliyyə, kommersiya və ya digər müvafiq sahə üzrə ali təhsil;
  • Ofis idarəçiliyində iş təcrübəsi;
  • Güclü ünsiyyət, təşkilatçılıq və idarəçilik bacarığı;
  • Microsoft Office (Word, Excel, Power Point) yüksək istifadə etmək bacarığı;
  • İngilis dili (B2 səviyyəsində).

Maraqlanan namizədlərdən öz CV-lərini step@pomegranate.az poçt ünvanına, mövzu bölməsində “Ofis meneceri” yazmaqla göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı