Qısa məzmun
Ə/h 700 -800 AZN. Atmosphere Lounge & Restaurant Kababçı vəzifəsi üzrə vakansiya elan edir.
İşin Təsviri:
- Müxtəlif növ kababların bişirilməsi (Lülə,tikə, basdırma, antrikot);
- Quzunun düzgün formada doğranılması;
- Ətin marinatlanması və düzgün formada doğranılması;
- Kabab sifarişlərinin mükəmməl hazırlanması;
- Kababların hazırlanma qramajına mütləq şəkildə riayət edilməsi;
- Qalıq ərzaq məmulatlarının istifadəsi üçün yolların müəyyən edilməsi;
- İşlərin yoğun olduğu hallarda və ya pik saatlarda digər aşbazların əvəz edilməsi və ya onlara yardım edilməsi;
- Ərzağın təhlükəsiz və gigiyenik şəraitdə hazırlanmasını təmin etmək məqsədilə yeməyin bişirildiyi sahələri, o cümlədən avadanlıqların, iş yerlərinin yoxlanılması və
- mizlənilməsi.
Namizədə Tələblər:
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi mütləqdir;
- Diqqətli, məsuliyyətli və cəld olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli.
- Əmək haqqı: 700-800 arası
- İş qrafiki: 6 günlük iş rejimi,
- Yaş: 25-40
- Həftədə 1 gün istirahət
- Nahar şirkət tərəfindən qarşılanır.
- AR-nın ƏM uyğun sənədləşmə.
Ünvan: Elmlər metrosunun yaxınlığı, BDU universiteti ilə üzbəüz.
Maraqlanan namizədlər öz şəkilli cv-lərini hr@atmosphere.az elektron ünvanına mövzu yerinə “Kababçı” qeyd olunmaqla göndərərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...