Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Amal Group Keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət və təşkilati bacarığı olmalıdır.
İş yeri: Bakı/Azərbaycan
İş saatı : Həftədə 5 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq edir və prosesi təqib edir;
- Tikinti –quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
- Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirir;
- Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünüqiymətləndirmə sistemləri hazırlayır;
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görür;
- Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
- İstehsal prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən bərpaedici tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır;
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını alır;
- Gizli və üstüörtülü işlərin qəbulunu həyata keçirir, nəticələr müsbət olduğu halda müvafiq “gizli və üstüörtülü işlərin qəbulu akt”larını imzalayır;
- Tikinti sahələrində aşkarlanmış uyğunsuzluqların reystrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir;
- Yeni işə başlamış tikinti sahələrini lazımı normativ – texniki sənədlərlə təmin edir;
- Tikinti sahələrində işlərin keyfiyyətinə bilavasitə təsir edən işçilərin (qaynaqçıların) peşə-ixtisas uyğunluğunun təmin edilməsinə nəzarət edir;•
- İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları İnşaat şöbəsinin rəisinə bildirir;
- Tikinti sahəsində işlər bitərkən, sahə rəisindən yekunlaşmış tikintiyə aid sənədlərin:
- Ümumi iş
- Qaynaq
- Beton işləri və sair jurnalların, aktların, məktubların və s) aktlaşdırılaraq İnşaat şöbəsinə qəbul edilməsini və arxivə təhvil verilməsini təmin edir;
- Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərini Təchizat şöbəsindən əldə edir və bu sənədləri sistemləşdirir (bura armatur, beton və s. materialların laborator analizlərinin nəticələri və protokolları daxil edilir).
- İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə uyğunsuzluqları aşkarladıqda İnşaat Şöbəsinə məlumat verir;
Təhsil və iş təcrübəsi:
- Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- Minimum 3 il qeyd edilən sahə üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr:
- Araşdırma, müqayisə edə bilmə bacarığı;
- Məsuliyyətlilik, Təqib etmə və analiz edəbilmə bacarığıProqnoz verə bilmə bacarığı
- Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Yaş həddi 30-45
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Vəzifənin adını” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...