Qısa məzmun
Amal Group Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı/Azərbaycan
İş saatı : Həftədə 6 gün 40 saat olmaqla
İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin ediləcəkdir.
Vəzifə öhdəlikləri:
- İnşaat Şöbəsinin prosedur və qaydalarına əsasən sahənin işlərinin aparılmasına dəstək verir;
- Sahə rəisinin tapşırıqlarını yerinə yetirir;
- Tabeçiliyində olan işçilərin düzgün iş bölgüsünü aparır;
- Təmir olunan və ya yeni inşa edilən bina və qurğularda konstruksiyaların möhkəmliyini, davamlılığını və etibarlılığını şəxsən yoxlayaraq qərar qəbul etmək üçün sahə rəisinə məlumat verir;
- Tam və qismən yekunlaşmış işlərin keyfiyyət nəzarətçisinə təhvilində iştirak edir və müvafiq aktları imzalayır;
- Texniki nəzarətçilər tərəfindən tərtib edilən Forma 2-ləri imzalayır (imzalmadıqda və ya başqa fikir olduqda yazılı surətdə izahat verir);
- Materialların qənaətlə istifadə edilməsinə nəzarət edir;
- Gördüyü işlərlə bağlı sahəsinin rəisinin suallarını dəqiq cavablandırır və ona hesabat verir;
- Tələb olunan avadanlıqları, toplanmalı olan nümunələri və sınaq test metodlarını müəyyən etmək məqsədi ilə texniki tapşırığı nəzərdən keçirir;
- Avadanlıq və materiallardan istehsalçının texniki şərtlərinə uyğun olaraq istifadə edilməsinə nəzarət edir;
- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət edir;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
- Birbaşa rəhbərinin nəzarəti altında problemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır.
Təhsil və iş təcrübəsi:
- Mülki inşaat, İnşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- Minimum 3 il qeyd edilən sahə üzrə ümumi təcrübə.
Bacarıq və səriştələr:
- Ünsiyyət və təşkilati bacarıq;
- Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
- Kompüterdə ofis programlarında sərbəst işləmək bacarığı;
- Yaş həddi 25-40
Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi hr@amalgroup.az e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Vəzifənin adını” qeyd etməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...