Qısa məzmun
Aztelekom Müqavilələrlə iş üzrə hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəlikləri:
- Öz vəzifə istiqaməti üzrə Cəmiyyətdaxili normativ sənədlərin (Qaydaların, Təlimatların, Proseslərin və digər daxili normativ sənədlərin) hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatını həyata keçirmək, müxtəlif növ müqavilələri hazırlamaq, hüquqi rəy vermək, müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlamaq;
- Dövlət satınalmaları, əmək, mülki və digər qanunvericiliyin tələblərinə uyğun müəssisədə hüquqi proseslərin tənzimlənməsini həyata keçirmək;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək.
Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:
- Ali hüquq təhsili;
- Müqavilələr üzrə iş təcrübəsi;
- Azərbaycan Respublikasının Konstitusiyasını,
- Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu,
- Mülki, Dövlət satınalmaları haqqında AR Qanununu, Azərbaycan Respublikasının Əmək qanunvericiliyini bilmək və
- Dövlət satınalmalarının keçirilməsi prosedurları haqqında məlumatlı olmaq;
- İşgüzar və hüquqi yazışma normalarını bilmək;
- Peşəkar ünsiyyət psixologiyasını bilmək;
- Dövlət dilini səlis bilmək, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
- Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmaq;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və metodiki sənədləri bilmək;
- Kompüter bilikləri üzrə: MS Office (word, excel və powerpoint) və Outlook proqramlarında sərbəst işləmək;
- Korporativ idarəetmə sisteminin əsaslarını və Korporativ mədəniyyətin əsaslarını bilmək.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları (zəruri hallarda) ;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- İşə planlı yanaşma bacarığı;
- Bilik və bacarıqlarını artırmaq üçün öz üzərində davamlı çalışmağı;
- Yaradıcı və təşəbbüskar olmağı.
İş barədə məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- iş vaxtı: 09:00 – 18:00
- iş yeri: Bakı şəhəri
Arzu edənlər CV-lərini hr@aztelekom.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: CV göndərərkən elektron poçtun “mövzu” hissəsinə müraciət olunan vəzifənin adı (Müqavilələrlə iş üzrə hüquqşünas) və maaş gözləntisi mütləq qeyd edilməlidir.